EN

Zelim Tçkayevdən dünya çempionatında bürünc medal

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünyaçempionatı davam edir.

Trend xəbər verirki, bu gün yarışda Azərbaycan millisinin tərkibində yalnız biridmançı mübarizəyə qoşulub – Zelim Tçkayev.

İlk mərhələni buraxan Tçkayev 1/16 finalda Çin təmsilçisiJianqnan Vanqı, daha sonra isə braziliyalı Luan Almeydanı məğlubedib. 1/4 finalda cənubi koreyalı Yun-Xvan Linə də qalib gələncüdoçumuz yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili iləqarşılaşıb və bu görüşdə məğlub olub.

Bürünc medal uğrunda qarşılaşmada isə Tçkayev Birləşmiş ƏrəbƏmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qarşı qızıl xalhesabına qalib gələrək Azərbaycan yığmasına bu dünya çempionatındailk medalı qazandırıb.

Qeyd edək ki, Azərbaycan mundialda fərdi yarışlarda 10 çəkidərəcəsində ümumilikdə 13 cüdoçu (9 kişi, 4 qadın) ilə təmsilolunur. Onlardan 8-i artıq çıxışını medalsız başa vurub. Yığmamızhəmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Chosen
15
az.trend.az

1Sources