EN

Gəncədə hamamda qaz partladı - Xəsarət alan var

17:49 16.06.2025
17:49 16.06.2025

Gəncədə qaz partlayıb, qadın yanıq xəsarəti alıb.

Mynews.az "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə o, yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Chosen
57
10
mynews.az

10Sources