"Eyüpspor" klubu yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Selçuk Şahinə tapşırılıb. Onunla 3 illik müqavilə imzalanıb.

Bu barədə klub rəsmi məlumat yayıb.

Bu, 44 yaşlı S. Şahinin baş məşqçi kimi ilk işi olacaq.

Qeyd edək ki, "Eyüpspor"u 2 ildir Arda Turan çalışdırırdı. O. buradan ayrılaraq Donetsk "Şaxtyor"unu idarə etməyə başlayıb.