EN

Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir - Növbəti ölüm

Rusiya vətəndaşı olan Arzu Sadıqova Bakı klinikalarının birində ümumi cərrah eyni zamanda "MedAura" klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb. Bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib. 

Vəfat edən pasientin ailəsi Arzu Sadıqovanın ölümündə həkimi günahlandırır.

"Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında  abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", - pasientin yaxınları bildirib. 

Nigar Məmmədova Bakıda klinikaların birində fəaliyyət göstərir, həm də "Medaura" klinikasının baş həkimidir. 

Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng etsək də həmin nömrənin təyin olunmadığı deyildi. 

Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluqdan  hələ cavab verməyiblər. 

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin "Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb. 

Chosen
7
2
anews.az

5Sources