EN

Mossad casusu edam edildi – İran Fikrini bağışlamadı

Mossad

İran İsrail kəşfiyyat xidməti Mossad üçün casusluqda ittiham olunan İsmayıl Fikrini edam edib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.Məlumata görə, o, 2023-cü ilin dekabrında həbs olunmuşdu. İstintaq nəticəsində Fikrinin İsrail kəşfiyyatına strateji obyektlər və hərbi personal haqqında məxfi məlumatları ötürməyə cəhd etdiyi müəyyən edilib. Bu məlumatların qarşılığında o, maddi mükafat alacaqdı.Agentlik yazır:“Əldə olunan sənədlərə əsasən, siyonist rejimin xüsusi xidmət orqanları ilə əlaqə saxlayan İsmayıl Fikri gizli obyektlər, qərargahlar, bəzi şəxslər və təşkilati tapşırıqlarla bağlı məlumatları ələ keçirməyə çalışıb.”Onun Mossadın iki zabiti ilə yazışmaları, həmçinin elektron cihazlarında casusluq izləri aşkarlandıqdan sonra, Fikri "dövlətə qarşı müharibə aparmaq və yer üzündə fəsad törətmək" ittihamı ilə günahkar bilinib.İranın Ali Məhkəməsi ölüm hökmünü təsdiqləyib və 16 iyun səhəri edam hökmü dar ağacında icra olunub.Ulusum.az

Diqqət Çəkənlər

Vaşinqton məsuliyyət daşıyırmı? Pəzeşkiyan ABŞ-ı İrana qarşı hücumlarda ittiham edir

Tehranı nə gözləyir? 15 milyonluq şəhərdən kütləvi çıxış başlayıb? - VİDEO

Səhnənin kraliçası: Amaliya Pənahova – sənətə həsr olunmuş ömür

Chosen
27
ulusum.az

1Sources