EN

Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin məqaləsi Avropa məbuatında DƏRC OLUNUB

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 13 iyun 2025-ci il tarixində Milli Qurtuluş Gününə dair “Commemorating Azerbaijan’s National Salvation Day” adlı məqaləsi dərc olunub.

Məqalədə 15 iyun tarixinin canı, həyatı, yorulmaz fəaliyyəti ilə Vətəninə bağlı olan Ümummilli Lider Heydər Əliyevin dünya tarixinin növbəti transformasiya dövründə Azərbaycan xalqının təkidli tələbi ilə Naxçıvandan Bakı şəhərinə xalqına xidmət etmək üçün gəldiyi gün, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri olduğu öz əksini tapıb.
Burada isə əsas məqam Ümummilli Lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və davamlı inkişafın təməlini qoyması oldu. Həmin mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialının Azərbaycanın müstəqilliyinin qarantına çevrilməsi, xalqımızın Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşməsi xüsusilə qeyd olunub.

Məqalədə, eyni zamanda, 1993 – 2003-cü illərin Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olduğu, 2003-cü ildən sonrakı dövrün isə böyük yolun davamı, eləcə də İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin, daha sonra suverenliyimizin tam bərpa olunmasının Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olduğu vurğulanıb.

 

Sonda M.Əfəndiyev məqalədə 2025-ci ildə xalqımızın Milli Qurtuluş Gününü böyük fəxarət və qürur hissi ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində qeyd etdiyini, Azərbaycan tarixinin unudulmaz səhifələrindən olan 15 iyun tarixinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.

 

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

 

https://www.eureporter.co/azerbaijan/2025/06/13/commemorating-azerbaijans-national-salvation-day/

Chosen
17
busaat.az

1Sources