EN

İmamoğlunun aylar sonra ilk görüntüləri

BAKI, 16 iyun. TELEQRAF

Türkiyə İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu hakim Akın Gürlekə qarşı səsləndirdiyi fikirlərlə bağlı barəsində açılmış cinayət işi üzrə ikinci məhkəmə iclasında iştirak edib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silivridə keçirilən prosesə İmamoğlu şəxsən qatılıb. Onun məhkəməsini izləmək üçün çox sayda vəkil, siyasi partiya nümayəndələri və vətəndaşlar məhkəmə zalında və ətrafında toplaşıb.

Müdafiə çıxışında İmamoğlu bildirib: “Ölkə yanır, iqtisadiyyat çöküb, xalq ümidsizdir, uşaqlar ağlayır. Amma siz hələ də məni cəzalandırmaq istəyirsiniz. Şəkillərimə qadağa, səsimə qadağa, sosial mediaya qadağa… Amma unutmayın, məni xalqın qəlbindən silə bilməzsiniz”.

Qeyd edək ki, məhkəmə iclası iyulun 16-na təxirə salınıb.

Chosen
46
teleqraf.com

1Sources