EN

Ter Ştegen "Qalatasaray"ın təklifinə cavab verdi

"Qalatasaray" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenə ilk rəsmi təklifinə cavab alıb.

Publika.az xəbər verir ki, almaniyalı qolkiper Türkiyə çempionunun təklifini rədd edib. Bu barədə "Diario Sport" məlumat yayıb.

İstanbul təmsilçisi komandadan ayrılan Fernando Musleranın yerinə yeni qapıçı axtarır. Klub rəhbərliyi Almaniya millisinin üzvünü bu mövqeyə əsas namizəd kimi görür.

"Barselona" ter Ştegeni yay transfer dövründə satmağı planlaşdırır. Əgər futbolçu klubda qalsa, böyük ehtimalla əsas deyil, üçüncü qapıçı olacaq. Kataloniya təmsilçisi yaxın vaxtlarda "Espanyol"dan Xuan Qarsiyanı transfer etməyə hazırlaşır. Həmçinin heyətdə təcrübəli Voysex Şesni də olacaq.

Chosen
22
publika.az

1Sources