EN

Sebastian Şimanskini transfer etmək istəyən Latsio 15 milyon avro ödəməli olacaq

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fənərbağça"da gələcəyi sual altında olan Sebastian Şimanski üçün İtaliyadan təklif var.

Oxu.Az "cittaceleste" nəşrinə istinadla xəbər verir ki, "Latsio"nun idman direktoru Anxelo Fabiani Şimanskini transfer etmək istəyir.

"Fənərbağça"nın polşalı yarımmüdafiəçi üçün 15 milyon avroluq transfer haqqı tələb etdiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm 53 matça çıxan S.Şimanski "Fənərbağça"nın heyətində 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

26 yaşlı futbolçunun "sarı-lacivərdlilər"lə müqaviləsi 2027-ci ildə başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
oxu.az

1Sources