EN

Rusiyanın Sumıya hücumları zəifləyib Canlıq qüvvə problem var

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya kiçik hücum qrupları ilə Sumı vilayətinin ərazisinə daxil olmaq cəhdlərindən əl çəkmir, lakin son vaxtlar düşmən hücumlarının sayı azalıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko yerli mətbuata məlumat verib.

“Təəssüf ki, düşmən öz fəaliyyət taktikasından, daha doğrusu, döyüş zonasını genişləndirmək üçün sərhədimizi keçməyə çalışan kiçik hücum qruplarından istifadədən əl çəkmir”, - Demçenko qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, son vaxtlar düşmən qruplaşmalarının fəallığı azalıb, çünki Ukrayna qüvvələri onları daim məhv edir: “İndi yəqin ki, canlı qüvvəsinin olmaması səbəbindən düşmənin bu istiqamətdə fəallığı xeyli azalıb”.

Bundan əlavə, o, əlavə edib ki, rusların kiçik qrupları motorlu nəqliyyat vasitələrindən daha az istifadə etməyə başlayıblar. Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin sözlərinə görə, bu, Müdafiə Qüvvələrinin cəbhənin bu hissəsində düşmənə qarşı effektiv mübarizə aparmasından xəbər verir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

1Sources