EN

Ərdoğan İran prezidenti ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan İsrail və İran arasındakı münaqişə prosesi ilə bağlı liderlərlə bir sıra təmaslar keçirdiyini və Türkiyənin münaqişələrin dərhal sona çatması və nüvə danışıqlarına qayıtması üçün yardımçı rol oynamağa hazır olduğunu bildirib.

 Ərdoğan Türkiyənin regionda sülhün və sabitliyin qorunmasına verdiyi əhəmiyyəti vurğulayın.

Chosen
24
9
operativmedia.az

10Sources