EN

Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

Bakı. Trend:

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayəqiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlərdə məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmazəmlakın bahalaşmasından irəli gəlir.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətininsədri Vüqar Oruc deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çoxciddi şəkildə artıb:

“İnşaat materiallarının ölkəmizə gətirilməsində yarananproblemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıqqabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi vəinkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artmasıümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi dədavam edir.

Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ənyaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımıtendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymətartımının şahidi olmuşuq”.

V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqlarıformalaşıb.

“Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə evaxtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan,Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrinialırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazaraçıxarırlar, ya da mövsümi olaraq kirayə verilir”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadəisə Trend-əaçıqlamasında deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusiləiyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğulolan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətiniartırırlar:

“Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qışaylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksəkqiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu ilbir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağabaşlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu ilgünlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlərtəklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən dahaaşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır.Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıqverilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi5000 manatdan çox olan evlər də var”.

R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıqməsafəsindən asılı olaraq qiymətlər dəyişir.

“Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlərBilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdəhətta 10 min manata da evlər təklif edilirdi. Amma indi beləhallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzlayanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, evkinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərinqiyməti, sözsüz ki, daha yüksək olur”, - deyə o fikrinitamamlayıb.

Chosen
11
19
az.trend.az

10Sources