EN

Rəsmi Astana: Qazaxıstan vətəndaşları Azərbaycan və Türkmənistan vasitəsilə İranı tərk ediblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 16 iyun, AZƏRTAC

İyunun 14-də İranda ezamiyyətdə olan 6 Qazaxıstan Respublikası vətəndaşının Azərbaycan üzərindən vətənə qayıtmasına köməklik göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

O deyib: “İyunun 15-də isə diplomatların ailə üzvləri, İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin Qazaxıstandan ezam olunmuş əməkdaşları, habelə İranda ezamiyyətdə olan vətəndaşlar da daxil olmaqla 68 Qazaxıstan vətəndaşının Türkmənistana yola salınması təşkil edilib”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
3
azertag.az

4Sources