EN

İsrail Farabi xəstəxanasına hücum etdi

BAKI, 16 iyun. TELEQRAF

İsrail qüvvələrinin İranın qərbində yerləşən Kirmanşah şəhərindəki Farabi xəstəxanasını hədəf alıb.

Teleqraf xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi "X" hesabında paylaşım edib.

"Hücum birbaşa İsrailin müdafiə nazirinin göstərişi ilə həyata keçirilib",- o qeyd edib.

Onun sözlərinə görə, xəstəxanaların və yaşayış məntəqələrinin hədəf alınması beynəlxalq hüququn ciddi şəkildə pozulması və müharibə cinayəti kimi qiymətləndirilir.

"Bu cür addımlar beynəlxalq ictimaiyyət tərəfindən qınanır və mülki əhalinin müdafiəsinə dair prinsiplərə ziddir".

Chosen
4
teleqraf.com

1Sources