EN

Təyyarənin sərnişinləri İranın İsrailə atdığı ballistik raketlərin görüntüsünü çəkdilər - VİDEO

Yaxın Şərqdə baş verən dramatik hadisələr artıq təkcə quru və diplomatik müstəvilə məhdudlaşmır. Bu dəfə səmadan çəkilmiş real görüntülər dünya ictimaiyyətini heyrətə gətirib.

Belə ki, Dubaydan havaya qalxan bir sərnişin təyyarəsinin göyərtəsindəki sərnişinlər İranın İsrailə doğru atdığı ballistik raketlərin göydə uçmasını videoya çəkiblər. 

Bizim.Media xəbər verir ki, hadisə sosial şəbəkələrdə ildırım sürəti ilə yayılıb və regiondakı gərginliyin vizual sübutuna çevrilib.

İranın bu hücumları Tehrandan və ölkənin qərb bölgələrindən buraxılmış orta və uzun mənzilli ballistik raketlərlə həyata keçirilib.
 

Hədəf isə İsrail ərazisindəki hərbi obyektlər və infrastruktur olub. İran rəsmi olaraq raketlərin buraxıldığını təsdiqləyib və bunun “özünümüdafiə və cavab tədbiri” olduğunu bildirib.


Bu hücum İsraillə İran arasında son aylarda artan gərginliyin kulminasiya nöqtəsi kimi qiymətləndirilir. Tehran İsrailin regiondakı fəaliyyətlərinə və xüsusilə Suriya və Livandakı proksi qüvvələrinə qarşı hücumlarına cavab olaraq bu əməliyyatı həyata keçirdiyini bildirir.


Bizim.Media

Chosen
7
bizim.media

1Sources