EN

İsrail-İran qarşıdurması: Azərbaycan mediası hansı mənbələrə güvənir?

İsrail-İran hərbi qarşıdurması Azərbaycan mediasında geniş işıqlandırılır. Lakin informasiya bəzən mənbəyi şübhəli informasiyalara da rast gəlinir. Xəbər saytlarının redaktorları "fake news"ları həqiqi məlumatlardan necə ayırırlar?

Yenisabah.az bir neə baş redkatorun rəyini öyrənib.

İmdat Əlizadə (Telegraf.com-un  baş redaktoru): "Ən çox istifadə etdiyimiz mənbələr dövlət qurumlarının yaydığı məlumatlardır. Sosial şəbəkələrdə yazılan hər hansı bir məlumatı isə əvvəlcə araşdırırıq. Eyni zamanda, öz mənbələrimizdən əldə etdiyimiz məlumatları dərc edirik. Adətən, xəbər daşıyıcılarının mənbələri ilə dəqiqləşdirmək vasitəsilə".

Elnur Məhərrəmli (Azpolitika.az-ın baş redaktoru): "Müxtəlif mənbələrə istinadən xəbərlər hazırlayırıq. Əsasən etibarlı mənbələrlə. Mənbələrin doğruluğunu isə illərlə sınaqdan keçirmiş olduğumuz üçün artıq əminliklə güvənirik. İnanmadığımız mənbələrin fikirlərini digər vasitələrlə dəqiqləşdirməyə çalışırıq".

Əli Rais (Musavat.com-un baş redaktoru): "Xəbər yazarkən, əsasən, xarici mənbələrə üstünlük veririk. Hazırda İsrail-İran müharibəsi ilə əlaqədar xarici xəbər agentlikləri daha operativ məlumat yayır. Hamının baxdığı, daha çox Qərb mediası yaxşı işləyir, Rusiya mediası da pis deyil. Bir çox "Telegram" kanalı var ki, çox operativ xəbər yayır və o xəbərlərdən istifadə etmək olduqca əlverişli olur. Dünyanın etibar etdiyi BBC, CNN və s. də".

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
9
yenisabah.az

1Sources