EN

İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranda İsrailin Xarici Kəşfiyyat Xidməti olan "Mossad"a işləməkdə ittiham olunan şəxsin edam edildiyi bildirilir.

Bizimyol.info "Mehr"ə istinadən xəbər verir ki, “məhkəmə İsmayıl Fikri adlı İran vətəndaşının "Mossad"a casusluq etməkdə təqsirli bilərək barəsində hökm verib”.

Qeyd olunub ki, "Mossad" agentləri ilə əlaqədə olmaqda ittiham olunan Fikri 2024-cü ilin dekabrında saxlanılıb və bu gün səhər saatlarında edam edilib.

Ötən həftələrdə İranda İsrailin xeyrinə casusluqda ittiham olunan daha iki nəfər edam edilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
bizimyol.info

1Sources