Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniyanın Frankfurt şəhərindən Hindistana uçan Lufthansa təyyarəsinin bomba təhlükəsindən sonra Frankfurt hava limanına geri döndüyü bildirilir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, polisdən verilən açıqlamada, bazar günü Frankfurtdan havaya qalxan və Hindistanın Haydarabad şəhərinə uçan Boeing 787-9 Dreamliner təyyarəsinin bomba təhlükəsi səbəbiylə Frankfurt hava limanına geri dönüb.
Alman mətbuatında yer alan xəbərlərdə sərnişinlərin hava limanında gecələdiyi qeyd edilərkən, bu gün üçün Hindistana yeni uçuşun planlaşdırıldığı bildirilib.
Bildirilib ki, tranzit zonada 200-ə yaxın sərnişin vizasız qaldığından hava limanının tranzit zonasında düşərgə çarpayıları qurulub, sərnişinlərə yemək və içkilər verilib.
Gülay
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.