EN

İrandan nüvə silahı AÇIQLAMASI

Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərinə sadiq qalmaqda davam edir və hesab edir ki, Yaxın Şərqdə belə silahlara yer yoxdur. 

“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“NPT-ni imzalayan ölkə kimi biz öz öhdəliklərimizi bilirik. Hesab edirik ki, Qərbi Asiyada heç bir dövlət nüvə silahına malik olmamalıdır”, - diplomat bildirib.

Onun sözlərinə görə, İran həmişə Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olmasını müdafiə edib.

Bundan əvvəl İran parlamentinin deputatı İbrahim Rezayi ölkənin NPT-dən çıxması üçün ən yaxşı vaxtın yetişdiyini bildirib. O vurğulayıb ki, müqavilə onun iştirakçılarının təhlükəsizliyinə zəmanət verməli, onun olmamasına səbəb olmamalıdır.

Chosen
21
1
cebheinfo.az

2Sources