“Mercedes” komandasının pilotu Corc Rassel “Formula 1” üzrə dünya çempionatının 10-cu raundunda, Kanada Qran Prisində qalib gəlib.
Britaniyalı 70 dövrə ərzində ən yaxşı vaxtı göstərib. Hazırkı dünya çempionu, “Red Bull”-dan holland Maks Ferstappen yarışı ikinci yerdə tamamlayıb. İlk üçlüyü “Mercedes”dən italiyalı Andrea Kimi Antonelli tamamlayıb.
Ümumilikdə lider avstraliyalı Oskar Piastri 4-cü olub.
Yarışa dörd dövrə qalmış britaniyalı Lando Norris (McLaren) Piastri ilə toqquşub və yarışı davam etdirə bilməyib.
İyunun 27-dən 29-dək Avstriyada dünya çempionatının 11-ci turu keçiriləcək.
“Formula 1”. Kanada Qran Prisi. Yarış
TOP 10
1. Corc Rassel (Mercedes)
2. Maks Ferstappen (Red Bull) +0,228
3. Andrea Kimi Antonelli (Mercedes) +1,014
4. Oskar Piastri (McLaren) +2,109
5. Çarlz Lekler (Ferrari) +3,442
6. Lyuis Həmilton (Ferrari) +10,713
7. Fernando Alonso (Aston Martin) +10,972
8. Niko Hülkenberq (Kik Sauber) +15.364
9. Esteban Okon (Haas) + 1 dövrə
10. Karlos Sayns (Uilyams) +1 dövrə
Xatırladaq ki, Azərbaycan Qran Prisi sentyabrın 19-dan 21-dək keçiriləcəkdir.
Almaz Həsənli