EN

İran nüvə silahı ardınca deyil, lakin nüvə enerjisini əldə etmək üçün kimsədən qorxmur – Pezeşkian

Bakı. Trend:

İran heç vaxt nüvə silahı ardınca olmayıb, lakin nüvəenerjisindən istifadə etmək üçün kimsədən qorxmur.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (16iyun) İran parlamentində yeni iqtisadi işlər və maliyyə nazirinəetimad səsinin verilməsi ilə əlaqədar iclasda çıxışında deyib.

Onun sözlərinə görə, İran nüvə enerjisindən və vətəndaşlarınxeyrinə olan tədqiqatdan istifadə etmək haqqına sahibdir. Bu haqqıheç kim İrandan ala bilməz. İran bu haqqı almaq üçün var gücü ilədayanıb və bununla bağlı heç bir gücdən qorxmur.

Pezeşkian deyib ki, İranın Ali Liderinin elan etdiyi siyasətəəsasən İran ABŞ ilə dolayı müzakirələr aparıb. İran müzakirəprosesini davam etdirməkdə idi. Bu isə İranın nüvə silahı ardıncaolmadığını bir daha sübut edir. Lakin ABŞ tərəfi beynəlxalqqaydaların əksinə olaraq İsrailin İrana hücum etməsinə icazəverib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərindəİran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayımüzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Məqalədə:
Chosen
22
3
az.trend.az

4Sources