EN

Ordudan tərxis olunan Sabirabad sakini paltar pulu nun verilməməsindən ŞİKAYƏTÇİDİR

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sabirabad rayonu, Əsədli kənd sakini Soltanov Vüsal Qoşqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Soltanov Vüsal Qoşqar oğlu, bilidrirəm ki, 2021-ci ildən "Maxe" kimi N saylı kəşfiyyat bölüyündə, sonradan isə 1-ci tabor bölüyündə xidmət etmişəm.

08.05.2025-ci il tarixində ordudan tərxis olunmuşam. Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm. Məni ora-bura göndərərək, vaxt qazanırlar.

Mənimlə bərabər tərxis olunanlar pullarını alıblar. Nə üçünsə mənim "paltar pulu"mu vermirlər?!

Fikirləşirdim ki, qayıdım, yenidən xidmət edim. Belə haqsızlıqları görüb, fikrimi dəyişmişəm.

Mən səlahiyyətli qurumlardan xahiş edirəm, "paltar pulu"mun verilməsinə köməklik göstərilsin". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
hurriyyet.az

2Sources