EN

Ruslar İsraili tərk edir

Rusiyanın İsraildəki səfirliyi ruslara vəziyyət normallaşana qədər ölkəni tərk etməyi tövsiyə edir.

XəzərNews.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya diplomatik missiyasının rəhbəri Anatoli Viktorov bildirib.

"Biz İsraildə olan bütün Rusiya vətəndaşlarına burada vəziyyət normallaşana qədər ölkəni tərk etməyi tövsiyə edirik. Bu, bir seçimdir", - diplomat bildirib.

Onun sözlərinə görə, ruslar Misirlə sərhəddə 24 saatlıq Begin və Taba sərhəd-keçid məntəqələrindən istifadə edib, sonra Şarm əl-Şeyx və ya Qahirədən hava ilə Rusiyaya qayıda bilərlər.

Səfir qeyd edib ki, artıq bir neçə onlarla Rusiya vətəndaşı bu yolla ölkəni tərk edib.

Xəbər 4 dəfə oxunub.
Chosen
12
xezernews.az

1Sources