EN

Ağ Ev Tramp-Zelenski görüşünü elan edib

Ağ Evin sözçüsü ABŞ prezidenti Donald Trampın Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb. Trampın Ukrayna prezidenti ilə görüşündən əlavə Kanadanın baş naziri Mark Karni və Meksika prezidenti Klaudiya Şeynbaumla da görüşü gözlənilir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-17-də Albertanın Kananaskis kurort şəhərində keçiriləcək. Tramp daha əvvəl tədbirdə iştirak etmək üçün Kanadaya səfər etmişdi.

Bildirilib ki, G7 ölkələri ABŞ və qrupun digər üzvləri arasında, xüsusən də Ukrayna münaqişəsi ilə bağlı əsaslı fikir ayrılıqlarına görə qarşıdan gələn sammitdən sonra bəyanat yaymamaq qərarına gəliblər.

Vahid yekun sənəd əvəzinə G7 iştirakçıları öz liderlərindən müxtəlif aspektlər üzrə ayrıca bəyanatlar hazırlaya bilərlər, lakin ümumi nəticə əldə edilməyəcək. Agentliyin məlumatına görə, bu yanaşma ev sahibi Kanadanın nümayəndələri tərəfindən təklif olunub.

//Gülnarə Abasova, Editor.az

Chosen
22
editor.az

1Sources