Xəbər verdiyimiz kimi Ermənistanda keçirilən etiraz aksiyası zamanı əraziyə zəlb edilən polis xüsusi təyinatlılarından biri jurnalisti vurub. Jurnalistin aksiyada döyülməsi Ermənistan cəmiyyətində narazılığa səbəb olub. Politoloq və 24News-un direktoru Narek Qalstyan deyib ki, bu, qırmızı beretlilərin əsl simasıdır: "Bax bu, onların əsl davranışıdır. Bu, qırmızı beretlilərin "kişiliyidir".
Qeyd edək ki, səhər İrəvan-Aştarak magistralında Kazax icmasının sakinlərinin etiraz aksiyası zamanı 24News-un jurnalisti qırmızı beretli zabitə yaxınlaşaraq sual verib. O, niyə insanları zorla saxladığını soruşub. Zabir isə qışqırmaqla yanaşı, dirsəyi ilə jurnalisti vurub.
Ermənistanın “Şüurlu Vətəndaşlar Birliyi” ictimai təşkilatının koordinatoru Daniel İoannisyan da məsələyə reaksiya evrib. O deyib: "Jurnalisti vuran polis məmuru cinayət məsuliyyətinə cəlb edilməlidir. Üstəlik, həmin polis əməkdaşının dəfələrlə aqressiv davranışı və vətəndaşlara qarşı nalayiq ifadələr işlətməsi barədə deyilənləri nəzərə alsaq, onun bundan sonra polisdə yeri yoxdur deyə bilərik.İşdən azad edilməlidir".
Ermənistanın Ombudsman aparatı da məsələyə reaksiya verib. Qurumun bəyanatında deyilir: "Ombudsman aparatının əməkdaşlarının monitorinqi nəticəsində jurnalist Meri Manukyanın peşə fəaliyyətinə polis əməkdaşı tərəfindən aşkar şəkildə mane olması və ona qarşı zorakılıq tətbiq edilməsi faktı qeydə alınıb. Ombudsman Anahit Manasyan polis əməkdaşının bu cür davranışını qətiyyətlə pisləyir, jurnalistin peşəkar fəaliyyətinin təmin edilməsi üçün şərait yaradılmasını tələb edir. Ombudsman səlahiyyətli orqanlardan bu iş üzrə lazımi araşdırma aparmağı tələb edir".
Tural