EN

Azərbaycanda investisiya üçün ən gəlirli sahələr açıqlandı – Mütəxəssis rəyi

Azərbaycanda investisiya üçün müxtəlif sahələr mövcuddur. İnvestisiya etmək istəyən şəxslər, ilk növbədə, hansı sahəyə maraqlı olduqlarını müəyyənləşdirməlidirlər.

Daha sonra, investisiya risklərini və potensial gəlirlərini diqqətlə araşdırmalıdırlar.

Bəs hansı sahələrə investisiya üçün yatırım etmək olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, əslində bizdə investisiya üçün qızılı heç məsləhət görməzdim. Çünki alış-satış qiymətləri arasında fərq yaranır.

G. Hüseynovanın sözlərinə görə, qızıl alarkən azərbaycanlı xanımların daha çox zövqü – daş-qaşlı modellərə yönəlir. Bu da satış zamanı onların uduzmasına səbəb olur. Ona görə də qızıl bizdə investisiya deyil.

“Torpaq və mənzilə qaldıqda isə bu ərazi baxımından dəyişə bilər. Konkret deyə bilmərəm ki, torpağa və ya evə investisiya yatırsınlar. Bu da şəxslərin büdcəsinə görə dəyişir. Orta və zəif büdcədə olan şəxslərin torpağa investisiya yatırmağı daha məsləhətlidir. Amma orta və yüksək büdcəsi olan şəxslər isə yaxın ərazilərdən mənzil almaları daha məqsədəuyğundur. Hal-hazırda 1 otaqlı, studio tipli mənzillər daha gəlirli hesab olunur.
Belə ki, şəhərin mərkəzində tələbələr bu tip mənzillərə üstünlük verirlər. Bundan əlavə də ev sahibləri 2-3 otaqlı evləri əsasən ailəyə kirayə verirlər. Ailə 10 il qalır, ev sahibi də kirayə qiymətini qaldıra bilmir. Amma studio tipli mənzillər elədir ki, tələbəyə, işləyən insanlara rahatlıqla kirayə vermək mümkün olur. Tələbə də 4 il və ya 2 il qalıb çıxır. EV sahibi də yenidən, daha baha qiymətə həmin evi kirayə verə bilir.
Əslində, bu dəqiqə investisiya etmək istəyən şəxslər, yeni tikilən binalarda kiçik kvadratlı mənzillər ala bilər. Çünki yüksəkmərtəbəli yeni binaların qiyməti ildən-ilə yüksəlir. Heç bir bilik bacarığı olmayan və yatırım etmək istəyənlər isə torpağın təyinatına diqqət etməklə torpağa investisiya qoya bilər.
Qeyd edim ki, yüksək artım gözləyirəm əslində, ipoteka və s. cəzb edici görünür. Sənədsiz evlərə komunal çəkilmir, “makler” evləri qalıb əllərində, ona görə də bina evinə daha çox tələb var. Kupçalı torpaqda tikilən evlərə üstünlük verilməlidir”.

Dəniz Pənahova

Chosen
9
1
tribunainfo.az

2Sources