EN

Hörmüz boğazında artan risklərlə əlaqədar neft qiymətləri kəskin bahalaşa bilər - ING

Bakı. Trend:

İsraillə İran arasında yaşanan hərbi gərginliyin bundan sonradaha da artacağı, xüsusilə də Hörmüz boğazından tədarüklərdəpozuntuların ortaya çıxacağı təqdirdə dünya neft qiymətlərindəkəskin artım baş verə bilər.

Trend xəbər verirki, bu barədə Niderlandın ING bank qrupu son analitik icmalındaqeyd edir.

Bazar ertəsi səhər neft qiymətləri ardıcıl dördüncü gün artmağadavam edib. İsrail və İran arasında toqquşmaların intensivləşməsienerji təhlükəsizliyi ilə və qlobal tədarüklərdə mümkünpozuntularla bağlı narahatlıqları artırıb.

Bu həftəsonu İsrail İranın daxili enerji infrastrukturuna birsıra zərbələr endirib. Nəticədə "Cənubi Pars" yatağı ilə əlaqəlitəbii qaz emalı qurğusu müvəqqəti olaraq sıradan çıxıb, 14-cüfazanın quruda yerləşən zavodunda güclü partlayış və yanğın başverib, dənizdə yerləşən hasilat platformalarından biri isəfəaliyyətini dayandırıb.

Zərbələr İranın ixrac infrastrukturuna təsir etməsə də, INGanalitikləri qeyd edirlər ki, ölkə daxilindəki obyektlərə edilənhücumlar belə tədarükdə pozuntuların meydana gəlməsi riskiniartırır — xüsusilə də İranın qlobal neft bazarındakı əhəmiyyətlirolu nəzərə alınsa. ABŞ-ın sanksiyalarına baxmayaraq, İran gündəlik3,3 milyon barrel hasilatla hələ də OPEK-in hasilat həcminə görəüçüncü ən böyük üzvüdür və təxminən 1,7 milyon barrel neft ixracedir.

“Bu həcmlərin itirilməsi dördüncü rüb üçün əvvəldənproqnozlaşdırılan artıqlığı aradan qaldıracaq”, – ING-nin icmalındaqeyd olunur. Analitiklər bildirirlər ki, hücumlar davam edərsə,təklif çatışmazlığı sürətlə daha da dərinləşə bilər.

Bank OPEK-in sutkada 5 milyon barrel ehtiyat hasilat gücünunpotensial sabitləşdirici amil ola biləcəyini qeyd edir. Lakin cidditədarük pozuntuları baş verərsə, bu güclər planlaşdırıldığındandaha erkən istifadəyə verilməlidir ki, qiymət artımının qarşısınıalmaq mümkün olsun.

ING-nin fikrincə, əsas təhlükə dünya üzrə dəniz yolu ilə daşınanneftin təxminən üçdə birinin keçdiyi Hörmüz boğazı vasitəsilənaviqasiyanın pozulması ehtimalıdır. Bu strateji əhəmiyyətlimarşruta qarşı istənilən təhdid neft qiymətlərinin sürətli artımınasəbəb ola bilər.

Geosiyasi vəziyyətin kəskinləşməsi fonunda spekulyativ fəaliyyətdə artım müşahidə olunur. Son məlumatlara əsasən, ICE Brentfyuçersləri üzrə xalis uzun mövqelər bir həftə ərzində 29 159kontrakt artaraq 196 922-yə çatıb ki, bu da 1 apreldən bərimaksimum göstəricidir. NYMEX WTI kontraktları üzrə isə xalis uzunmövqelər 16 056 kontrakt artaraq 179 134-ə çatıb, bu da yanvarayının sonundan bəri ən yüksək səviyyədir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
20
3
az.trend.az

4Sources