EN

İsrail Xameneiyə qarşı sui qəsd hazırladı Tramp əngəllədi

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran və İsrail arasında müharibə davam etdiyi bir vaxtda bölgədəki gərginliyi daha da artıra biləcək mühüm bir iddia gündəmə gəlib. 

Xarici KİV-lərin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı planlaşdırdığı sui-qəsd planını öyrəndikdən sonra müdaxilə edib və bu addıma qarşı çıxıb. 

Qeyd olunur ki, Vaşinqton Tel-Əvivə açıq şəkildə “Bunu etməyin” mesajı verib.

"AFP" nəşrinə danışan yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki Tramp bu plana qarşı çıxıb və İsrailə açıq şəkildə bu addımı atmamağı tövsiyə edib.

Eyni məsələ ilə bağlı danışan başqa bir ABŞ rəsmisi isə əlavə edib:“Prezident bu plana qarşı çıxdı, biz də İsraillilərə bunu etməmələrini dedik".

İsrail Baş naziri Benyamin Netanyahu isə bu məsələ ilə bağlı konkret cavab verməkdən imtina edib. 

"Fox News" telekanalına açıqlamasında Netanyahu “Bu mövzuya girməyəcəyəm,” – deyib. 

“Amma sizə bir şeyi deyə bilərəm… Biz nə etməliyiksə, onu edəcəyik. ABŞ isə özü üçün nəyin daha yaxşı olduğunu bilir", - deyə o qeyd edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources