
“Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.
O bildirib ki, hələ ki formal olaraq AXP-nin sədri vəzifəsində qalır:
“Mən hələ ki partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir” – deyə, Pənah Hüseyn deyib.
***10:26
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının (AXP) sədrliyindən istefa verib.
Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.
O, yerini AXP sədrinin müavini Qiyas Sadıqova həvalə etdiyini bildirib.
