"Mercedes" komandasının pilotu Corc Rassel "Formula-1" Kanada Qran-prisinin qalibi olub.
Avtosfer.az xəbər verir ki, dördqat dünya çempionu Maks Ferstappen ikinci, "Mercedes"in digər üzvü Andrea Kimi Antonelli isə üçüncü olub.
Çempionatın lideri, "McLaren" komandasının pilotu Oskar Piastri finişə 4-cü çatıb.
Qeyd edək ki, yarışların növbəti mərhələsi iyunun 27-dən 29-dək Avstriyada keçiriləcək.