EN

İsrail Kirmanşaha raket zərbələri endirib

İsrailin zərbələrindən sonra İranın ölkənin qərbindəki Kirmanşah şəhərində 4 partlayış qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir nəfər yaralanıb.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş əməliyyata başlayıb. İran ertəsi gün cavab hücumu həyata keçirib.
İyunun 14-ü və 15-nə keçən gecə İsrail və İran qarşılıqlı zərbələr endiriblər.

Chosen
11
ucnoqta.az

1Sources