EN

İranın Kirmanşah şəhərində partlayışlar olub

Bakı. Trend:

İsrailin İranın qərbinə etdiyi hava hücumlarından sonraKirmanşah şəhərində dörd partlayış baş verib.

Trend xəbər verirki, bu barədə İranın “Fars” dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi Kirmanşahın Dizelabad rayonundayerləşən yük avtomobilləri salonu olub. Hadisə nəticəsində azı birnəfər xəsarət alıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Chosen
3
az.trend.az

1Sources