EN

Si Cinpin Qazaxıstana səfərə yola düşüb

Pekin, 16 iyun, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfərə gedib.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Astanada keçiriləcək ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşündə iştirakdır.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, 1-ci “Mərkəzi Asiya-Çin” zirvə görüşü 2023-cü ilin mayında Çinin Sian şəhərində keçirilib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
10
1
azertag.az

2Sources