EN

İran Prezidenti: Biz heç vaxt təcavüzkar olmamışıq

İran heç vaxt başqa ölkələrə qarşı təcavüz göstərməyib və gələcəkdə də bu cür niyyəti yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım edib.

“Biz heç vaxt təcavüzkar olmamışıq və olmayacağıq. Amma vəhşi cinayətlər törədən düşmənə qarşı da xalqımızla bir yerdə mübarizə aparacağıq”, – o bildirib.

Prezident böhranlı vəziyyəti belə qiymətləndirib: “Əziz xalqımız çətinliklərə qarşı dözümünü itirmir. Dövlət də çalışır ki, insanların gündəlik həyatında problemlər yaranmasın”, – Pezeşkian vurğulayıb
Chosen
5
sherg.az

1Sources