EN

İran 30 milyon qiyməti olan məşhur PUA-nı vurdu

İranın hava hücumundan müdafiə sistemləri İsrailin Amerika istehsalı olan MQ-9 Reaper pilotsuz təyyarəsini vurub. Bu barədə IRIB məlumat yayıb.


"İranın hava hücumundan müdafiə qüvvələri Dehloranda bir İsrail pilotsuz təyyarəsini məhv edib", - məlumatda deyilir. 

Bu PUA-ların qiyməti 30 milyon dollardır.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural

Chosen
6
2
news365.az

3Sources