EN

“Qalatasaray” Çalhanoğlu ilə danışıqlara başlayır

“Qalatasaray” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etməyə çalışır.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubunun nümayəndələri yaxın günlərdə İstanbulda 31 yaşlı futbolçunun agenti ilə görüşəcək. “Qalatasaray” hələ ki, “İnter”ə rəsmi təklif göndərməyib.

İtaliya klubunun Çalhanoğlunu 35-40 milyon avroya satmağa hazır olduğu bildirilirdi.

Yarımmüdafiəçi 2021-ci ildən “İnter”də çıxış edir. 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Chosen
11
1
idmanxeber.az

3Sources