ABŞ İsrailin İrana qarşı təcavüzünə görə məsuliyyət daşıyır.
Publika.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
“Amerika beynəlxalq hüququn bütün normalarına zidd olaraq, İsrailə təcavüz etməyə və ölkəmizə hücum etməyə icazə verir”, o, parlamentdəki çıxışında bildirib.
Pezeşkian qeyd edib ki, İran xalqı bu müharibəni istəməyib.