Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin 2024-cü ildə məcmu xalis mənfəəti 7,11 milyon manat təşkil edib.
Bu, 2023-cü illə müqayisədə 15,5 % azdır.
İnvestisiya şirkətlərindən 3-ü – “CFI Financial”, “Troni” və “Xalq Kapital” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “Troni”nin zərəri artıb, “CFI Financial” və “Xalq Kapital” isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 8 investisiya şirkətindən isə 3-ü mənfəətini artırıb, 4-ü azaldıb. “MFX Trading” isə zərərdən mənfəətə keçib.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 9,127 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 14,8 % azdır. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.