EN

İran İsrailin strateji elmi mərkəzini vurdu

BAKI, 16 iyun. TELEQRAF

İranın İsrailə qarşı həyata keçirdiyi son raket hücumu zamanı Təl-Əvivin cənubunda yerləşən Veysman Elmlər İnstitutu birbaşa zərbə alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail bu institutu Google xəritələrindən tamamilə gizlədib və onun yerləşdiyi küçələri belə xəritədə göstərmir.

Buna baxmayaraq, İran raketlərinin bu obyektə dəqiq şəkildə çatması Tehran tərəfindən aparılan dərin kəşfiyyatın göstəricisi kimi qiymətləndirilir.

Zərbə nəticəsində institutda yanğın baş verib və hadisə İsrail cəmiyyətində və təhlükəsizlik dairələrində ciddi narahatlıq doğurub. Analitiklər bu hadisəni İranın İsrailin strateji obyektlərinə nüfuz imkanlarının sübutu kimi dəyərləndirirlər.

Qeyd edək ki, Veysman Elmlər İnstitutu təkcə akademik mərkəz deyil, həm də təhlükəsizlik sahəsində mühüm elmi və texnoloji araşdırmaların aparıldığı, yüksək səviyyəli layihələrin hazırlandığı əsas strateji obyektlərdən biridir. Qərb mənbələri buranı “İsrailin təhlükəsizlik beyni” adlandırır.

Chosen
2
teleqraf.com

1Sources