EN

Tehranın bir addımlığında: “Mossad”ın PUA emalatxanası tapıldı

İranın paytaxtının ətrafındakı Rey şəhərində İsrail kəşfiyyat agentliyi olan “Mossad”-ın kamikadze pilotsuz uçan aparatları və əldəqayırma bombalarının yığılması üçün emalatxanası aşkar edilib. 

Pilotsuz təyyarələr və onların istehsalı üçün avadanlıqlar müsadirə edilib.

“Cebheinfo.az” xəbər verir ki, bunu şəhərin təhlükəsizlik qüvvələrinin komandanı polkovnik Hüseyn Mafi bildirib.

“İnsanların bir mənzilə şübhəli getmələri ilə bağlı ifadələrə əsasən, məhkəmənin göstərişini alan kəşfiyyat qrupları və polis bölmələri dərhal əməliyyata başlayıb. İstintaq zamanı bu mənzildə xeyli sayda pilotsuz uçuş aparatı, kamikadze aparatlarının istehsalı üçün avadanlıq, əldəqayırma bombalar və digər əşyalar aşkar edilərək götürülüb”, - polkovnik bildirib.

Mafinin sözlərinə görə, emalatxanada 200 kiloqramdan çox partlayıcı maddə və intiharçı dronların yaradılması üçün çoxlu avadanlıq tapılıb.

Chosen
10
2
cebheinfo.az

3Sources