EN

İranda "Mossad casusu" edam edildi

Bu gün İsmayıl Fikri adlı şəxs Ali Məhkəmənin hökmü ilə dar ağacından asılıb.

Publika.az xəbər verir ki, bu barədə “Tabnak” məlumat yayıb.

Məlumata görə, “dövlət quruluşuna qarşı silahlı üsyan” törətdiyi iddia edilən İsmayıl Fikrinin İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müddətdə iki “Mossad” zabiti ilə əlaqə saxladığı bildirilir.

Qeyd olunub ki, Fikri ölkə haqqında məxfi məlumatları "İranın düşmənlərinə çatdırmağa və bunun üçün mükafat almağa çalışıb".

Chosen
32
1
publika.az

2Sources