EN

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

“İsrail və İran arasında hərbi qarşıdurma danışıqlarla yekunlaşacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ankara Qlobal Məsləhət Qrupunun rəhbəri Hüseyn Bağcı deyib.

“İsrail ABŞ-ın yanında olacağını düşünərək münaqişəyə başladı. Amma düşünürəm ki, bu, dağıdıcı müharibəyə səbəb olmayacaq. Hücumlar bir müddət davam edəcək və raket zərbələri ilə məhdudlaşacaq. Bundan sonra diplomatik danışıqlar başlayacaq”, – o bildirib.

H.Bağcının sözlərinə görə, İran nüvə silahı yaratmaqdan əl çəkməyəcək:

“Nüvə silahı çəkindirmə vasitəsi kimi lazımdır. İran üçün bu, şərəf məsələsidir. Həmçinin hazırkı rejim hələ də güclüdür. İnanmıram ki, raket zərbələri onu yıxsın”./globalinfo.az/

Chosen
24
1
turkustan.az

2Sources