EN

Həftənin ilk gününü bu bölgəmiz yağışla qarşılayır – FOTO/VİDEO

Ötən gündən başlayaraq Şimal-Qərb bölgəsində hava şəraiti qeyri sabit keçir, əsasən yağış, dolu və küləklə müşahidə olunur. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən şənbə günündən başlyaraq bölgə rayonlarında havanın temperaturu enməyə, fasilələrlə yağış yağmağa başlayıb.

Ötən gün səhər saatlarından isə Balakənin və Zaqatalanın bir sıra yaşayış məntəqələrində güclü külək və qısa müddətli leysan yağışları müşahidə edilib. Elektrik enerjisində yaranmiş fasilələr qısa müddətdə aradan qaldırılıb.  

Ötən gün axşama doğru yenidən hava şəraiti kəskin dəyişib və əsasən Zaqatalanın bir sıra kəndlərinə qısamüddətli leysanla müşahidə edilən dolu yağıb. 

İlkin məlumatlara əsasən dolu kənd təsərrüfatı sahələrinə az da olsa zərər verib. 
 

Hazırda bölgə rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Temperatur gecə saatlarında 14-16, hazırda isə 18-20 dərəcə arasında dəyişir. Fasilələrlə yağış yağır. 


Hava şəraitinin yağmurlu keçməsi ilə əalqədar bölgənin aran ərazilərində arpa biçininə fasilə verilib. Qarşıdakı iki gündə bölgə rayonlarında havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. 













Tural Rasimoğılu, Bizim.Media, Şiaml-Qərb bürosu

Chosen
13
bizim.media

1Sources