EN

Haneqbi: İranın hələ də minlərlə raketi var

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu sözləri İsrailin milli təhlükəsizlik müşaviri Çaxi Haneqbi ölkənin Ordu Radiosuna müsahibəsində dilə gətirib. O vurğulayıb ki, İsrailin hazırda apardığı hərbi əməliyyat "sözügedən ballistik raketlərinin hamısını sıradan çıxarmaq" gücündə deyil. "Belə bir məhdud əməliyyatla İran təhlükəsinə uzunmüddətli son qoymaq çətindir", - deyən müşavir eyhamla İsrail Silahlı Qüvvələrini daha böyük hücum əməliyyatlarına çağırıb.

Qüds Qüvvələrinin İrandakı mərkəzləri vurulub | VİDEO

Haneqbinin qəti ifadəsindən qabaq hərbi mütəxəssislər diqqətə çatdırırdılar ki, İran 1500-2000 ədəd ballistik raketə malikdir. Həmin raketlərin artıq yüzlərcəsi işlədilib və əksəriyyəti İsrailin hava hücumu müdafiə sistemləri tərəfindən vurulub. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
azvision.az

2Sources