EN

Musa Qurbanlı toya hazırlaşır: “Ailə də futbol kimi məsuliyyətli işdir” - VİDEO

Keçən ilin noyabrında nişanlanan, “Qarabağ” Futbol Klubunun hücumçusu, 23 yaşlı Musa Qurbanlının bu yayda toyu gözlənilir.

Mia.az xəbər verir ki, baş məşqçi “Qoç Ət restoran və Fermer market” MMC-nin rəhbərlərindən biri olan Sənan Təhməzovla quda olub. MMC-nin direktoru isə onun qardaşı, 1-ci qrup Qarabağ qazisi Qəhrəman Təhməzovdu.

Sənan Təhməzovun qızı, Musa Qurbanlının nişanlısı Əsmər Umidzadə Bakı Dövlət Universitetini bu il bitirir. Onun Musa ilə nişanına dair görüntülər sosial şəbəkədə maraqla qarşılanmışdı. Görüntülərdə bahalı brendlərə məxsus əşyalar və dəstlər Qurbanovun gəlininə necə səxavətli oldugu müzakirəsini yaratmışdı.

S.Təhməzovun qızı bir neçə il bundan əvvəl də hicab qalmaqalı ilə gündəmə gəlmişdi. 2016-cı ilin oktyabr ayında o, təhsil aldığı Xəzər Universitetinin “Dünya Məktəbi”ndə digər şagird Ayşə Nadirova ilə birlikdə hicab bağladığı üçün dərslərə buraxılmamışdı. O zaman Qurbanovun qudası mediaya bildirmişdi ki, onun qızının geyimi vahid məktəbli formasına zidd deyil. S.Təhməzov azyaşlı qızının hicab bağlamasını uşağın dini inancı və sərbəst seçimi ilə əlaqələndirmişdi. Məktəb rəhbərliyi isə öz növbəsində bildirmişdi ki, daxili qaydalara uyğun qərar verilib və narazı valideynlərə uşaqlarını məktəbdən çıxarmağı təklif etmişdi.

Musa Qurbanlı nişanı və ümumiyyətlə, evliliklə bağlı maraqlı fikirlərini mia.az-ın əməkdaşı ilə bölüşüb:

- Musa, səni bir daha təbrik edirəm. Futbol məsuliyyətlidi, yoxsa ailə həyatı?

- “Qarabağ”da subayların sayı azaldı. Bu qədər işin, oyunların arasında sən sevməyə nə zaman vaxt tapdın?

Zülfiyyə Mustafayeva

MİA.AZ

Chosen
7
3
mia.az

4Sources