EN

ABŞ-da demokratları öldürən şəxs saxlanılıb

Minnesota ştatının iki deputatını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxs Minnesota ştatının sakini 57 yasşlı Vens Uolterdir. O, Minnesota ştatının Qrin Ayl şəhərindəki fermasının yaxınlığında həbs edilib.

Bildirilir ki, o, bazar günü əvvəl kameraya düşüb və daha sonra nəzarətə götürülüb.

Polis həmçinin bildirib ki, hücumçunun izinə avtomobilinin yanında qoyduğu papaq, eləcə də avtomobilin özündə tapılan sübutlar sayəsində düşmək mümkün olub.
Bundan əlavə, Uolterin axtarışı zamanı FTB həbsə səbəb ola biləcək məlumat üçün 50 min dollar mükafat təklif edib.

Musavat.com

Chosen
14
13
musavat.com

10Sources