EN

“Liverpul”un futbolçusu özünə brilliant diş qoydurdu - Şəkil

style='margin-bottom:10px;'>

“Liverpul”un və Kolumbiya millisinin hücumçusu Luis Dias toyundan əvvəl dişlərinə brilliant qaşlar yerləşdirib

QOL.az xəbər verir ki, futbolçu şənbə günü 19 yaşından bəri münasibətdə olduğu Jeraldin Pons ilə evlənib. Cütlüyün artıq iki övladı var, Dias isə evlilik təklifini 2023-cü ilin iyununda etmişdi.

Toy Kolumbiyanın Barrankilya şəhərində keçirilib. Mərasimə Luis Diasın dişlərində brilliant dişin olması diqqət çəkib.

Qonaqlar arasında onun Kolumbiya millisindəki komanda yoldaşları — Xuan Kuadrado, Daniel Munyos və Yerri Mina da olub. Həmçinin Diasın “Liverpul”dakı sabiq komanda yoldaşı Fabinyo da həyat yoldaşı ilə birlikdə mərasimə qatılıb.

Chosen
11
1
teleqraf.com

2Sources