"Əl-Hilal" "Napoli"nin hücumçusu Viktor Osimhenə yeni təklif göndərib.
Operativ Media "Goal" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu futbolçuya ildə 50 milyon avro məbləğində maaş təklif etməyə hazırdır. Daha əvvəl 26 yaşlı futbolçu "Əl-Hilal"ın 30 milyon avroluq təklifini rədd etmişdi. Klub, həmçinin Osimhen üçün 75 milyon avro dəyərində olan satınalma maddəsini ödəməyə razıdır.
İyunun 10-da 26 yaşlı futbolçunun "Mançester Yunayted"ə keçmək istədiyinə dair xəbərlər yayılmışdı.
Osimhen 2024/25 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib. Forvard bütün turnirlərdə keçirdiyi 41 oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.