EN

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiq edib

İran parlamentinin sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni təsdiq edərək ölkə Prezidenti Məsud Pezeşkiana göndərib.
 
Oxu.Az bu barədə İranın Rusiyadakı səfirliyinin "Telegram" kanalına istinadən xəbər verir.
 
Qeyd olunur ki, sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini və genişləndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, həmçinin hərtərəfli, uzunmüddətli və strateji tərəfdaşlıq prinsiplərinə uyğun olaraq regional və qlobal səviyyədə fəaliyyətlərin sıx koordinasiyasını nəzərdə tutur.
 
Qeyd edək ki, yanvarın 17-də Kremldə keçirilmiş danışıqların yekununda Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayıblar. Aprelin 21-də Putin sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
 
Chosen
14
4
moderator.az

5Sources