BAKI, 14 iyun. TELEQRAF
ABŞ-nin Minnesota ştatında Nümayəndələr Palatasının keçmiş spikeri Melissa Hortmanı və onun həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, bununla da təxminən iki gün davam edən axtarışlar başa çatıb.
“New York Times” və “CBS News”un adı açıqlanmayan rəsmilərə istinadən verdiyi məlumata görə, 57 yaşlı şübhəli Vens Boelter yerli, ştat və federal agentlərin gün ərzində axtarış apardığı kənd ərazisində sağ ələ keçirilib.
Xatırladaq ki, ABŞ-nin Minnesota ştatında Nümayəndələr Palatasının keçmiş spikeri Melissa Hortman və onun həyat yoldaşı iyunun 14-də güllələnərək qətlə yetirilib.
ABŞ-nin Minnesota ştatının qubernatoru Tim Valts qətldə siyasi motivlərin olduğunu bildirib.